B.E - Cümə (7:00 - 18:00)
info@hpac.az
Yuxarı Qayıt

Memar vakansiyası

Layihələrin hazırlanması, memarlıq həllərinin işlənməsi və tikinti prosesində koordinasiyanın təmin olunması üçün peşəkar memar axtarılır.

Namizədə tələblər:

  • Memarlıq və ya müvafiq ixtisas üzrə ali təhsil;

  • Memarlıq və layihələndirmə sahəsində minimum 2 il iş təcrübəsi;

  • Fərdi yaşayış evləri, villa, kommersiya və ictimai obyektlərin layihələndirilməsi üzrə təcrübə;

  • Eskiz, işçi layihə, plan, fasad, kəsik və digər texniki çertyojların hazırlanması bacarığı;

  • AutoCAD, ArchiCAD, Revit, 3ds Max, SketchUp və digər layihələndirmə proqramlarından istifadə bacarığı;

  • Tikinti norma və qaydaları, konstruktiv həllər və layihə sənədləri haqqında bilik;

  • Layihənin ölçülərini düzgün hesablamaq və texniki detalları hazırlamaq bacarığı;

  • Müasir memarlıq tendensiyalarını izləmək və yaradıcı ideyalar təqdim etmək bacarığı;

  • Müştərinin istək və tələblərini düzgün analiz edərək funksional layihəyə çevirmək qabiliyyəti;

  • Layihələri müəyyən edilmiş müddət ərzində hazırlamaq və təqdim etmək bacarığı;

  • Komanda ilə işləmək, mühəndis və dizaynerlərlə koordinasiya qurmaq bacarığı;

  • Məsuliyyətli, diqqətli, yaradıcı və nəticəyönümlü olmaq;

  • Portfolio təqdim edilməsi mütləqdir.

Vəzifə öhdəlikləri:

  • Memarlıq konsepsiyalarının və eskiz layihələrinin hazırlanması;

  • Planlaşdırma, fasad, kəsik və işçi layihələrin işlənməsi;

  • Layihələrin texniki və funksional tələblərə uyğun hazırlanması;

  • Müştərilərlə görüşlərdə iştirak etmək və layihə üzrə təkliflər təqdim etmək;

  • Tikinti sahəsində ölçü və baxış işlərinin aparılması;

  • Layihənin icra prosesi zamanı müəllif nəzarətinin həyata keçirilməsi;

  • Mühəndis, konstruktor və digər mütəxəssislərlə koordinasiyalı işləmək;

  • Hazırlanmış layihələrin şirkət standartlarına və tikinti normalarına uyğunluğunu təmin etmək.

Apply

Komandamıza Qoşulun