Elektrik və santexnika işləri
Elektrik işlərinin tam şəkildə icrası və təhvil verilməsi — “Prysmian” kabel sistemi;
Santexnika işlərinin tam şəkildə icrası və təhvil verilməsi;
“E.C.A” kollektor sisteminin quraşdırılması;
Mətbəx, sanitar qovşaq və dəhliz hissələrində isti döşəmə sisteminin qurulması;
Sanitar qovşaqlarda “İzolatex” hidroizolyasiya qatının tətbiqi.
Döşəmə və üzlük işləri
Kafel və metlax işlərinin görülməsi — materialın nəzərdə tutulan qiyməti 14 AZN/m²;
Döşəməaltı laqa və dikt sisteminin hazırlanması;
8 mm qalınlığında Rusiya istehsalı laminatın döşənməsi — materialın nəzərdə tutulan qiyməti 10 AZN/m²;
Plastik plintusların quraşdırılması;
PVC pəncərəaltlıqlarının quraşdırılması.
Tavan və işıqlandırma
Düz alçıpan tavanın hazırlanması — 10 mm qalınlığında ağ “Knauf” və ya yaşıl “Kəpəz” alçıpan;
Tavana plastik karnizlərin quraşdırılması;
Spot işıqların quraşdırılması;
Lüstr üçün elektrik çıxışlarının hazırlanması.
Divar və izolyasiya işləri
Divarların mayak üsulu ilə suvanması və “Giper” materialı ilə hamarlanması;
Fasad divarlarının daxili tərəfdən istilik izolyasiyası;
Divarların boya və ya divar kağızı ilə tamamlanması — materialın nəzərdə tutulan qiyməti 14 AZN/m²;
Boya materialları — “Polistar” və ya “Polilux”.
Sanitar qovşaq
Türkiyə istehsalı sanitar qovşaq aksesuarlarının quraşdırılması;
Duş sistemi, tulpan və unitazın quraşdırılması;
Hər bir sanitar avadanlıq üçün nəzərdə tutulan qiymət — 100 AZN.
Qapılar və yekun işlər
7 sm qalınlığında daxili qapıların quraşdırılması;
Təmir işləri tamamlandıqdan sonra ümumi təmizlik;
İnteryer dizayn layihəsinin şirkət tərəfindən hədiyyə təqdim olunması.