B.E - Cümə (7:00 - 18:00)
info@hpac.az
Yuxarı Qayıt
Fərdi Yaşayış Evləri üçün Eskiz Layihə və Tikintiyə İcazə Xidməti
21.01.2026

Fərdi Yaşayış Evləri üçün Eskiz Layihə və Tikintiyə İcazə Xidməti

Fərdi yaşayış evinizin tikintisinə icazə alınması üçün tələb olunan eskiz layihəsini müəyyən edilmiş qaydalara uyğun hazırlayır, məlumatlandırma icraatının müvafiq icra orqanına təqdim edilməsini təmin edirik.

Fərdi yaşayış evi tikməyi planlaşdırırsınızsa, tikinti prosesinə hüquqi və memarlıq baxımından düzgün hazırlanmış layihə ilə başlamaq mühüm əhəmiyyət daşıyır.

“HPAC” MMC olaraq fərdi yaşayış evlərinin tikintisinə icazə alınması üçün tələb olunan eskiz layihələrinin peşəkar şəkildə hazırlanmasını təmin edirik. Layihə sifarişçinin istəkləri, torpaq sahəsinin xüsusiyyətləri, funksional tələblər və qüvvədə olan tikinti normaları nəzərə alınmaqla hazırlanır.

Xidmətlərimizə daxildir:

  • Fərdi yaşayış evinin eskiz layihəsinin hazırlanması

  • Memarlıq və planlaşdırma həllərinin işlənməsi

  • Sənədlərin müəyyən edilmiş tələblərə uyğun hazırlanması

  • Məlumatlandırma icraatının müvafiq icra orqanına təqdim edilməsi

  • Hüquqi və memarlıq konsultasiyası

Layihələndirmə və sənədləşmə prosesini peşəkar komandamıza həvalə edərək tikintinizə daha düzgün və etibarlı şəkildə başlaya bilərsiniz.