9:00 - 19:00
info@hpac.az
Yuxarı Qayıt

Baş Memar

“HPAC” MMC yaşayış və digər tikinti obyektlərinin eskiz, işçi layihə, baş plan, eksteryer və landşaft həllərinin hazırlanması üzrə minimum 5 il təcrübəsi olan Baş Memar axtarır.

Vəzifə öhdəlikləri:

· Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;

· Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;

· Tərtib etdiyi işçi layihənin ekspertizası və təsdiq edilmə mərhələsində müvafiq dövlət orqanlarında müdafiəsi, eləcə də bunun üçün zəruri olan nümayiş materiallarının (elektron versiyalı prezentasiya materialları) hazırlanması.

· Müvafiq sahədə ali təhsil;

· Müvafiq sahədə 5 il iş təcrübəsi (tikinti şirkətlərində və aparcı memarlıq şirkətlərində iş təcrübəsinin olması mütləqdir);

· AutoCAD, 3Dmax, Microsoft və aidiyyəti üzrə kompüter proqramları ilə işləmək bacarığı;

· Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;

· Tikintinin layihələndirilməsində mühəndis və digər aidiyyəti şəxslərlə birgə işləmək bacarığı;

· Müstəqil və ya komanda daxilində işləmək bacarığı və idarəetmə bacarığı;

· Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.

· Tikinti sahəsində qüvvədə olan AR norma və qaydaları , praktik həlləri bilmək,

·  Baş planların hazırlanması

Bilməlidir:

·  Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi

·  Yaşayış binalarının eskiz və işçi layihələrinin hazırlanması,

· İlkin eskizin/cizginin hazırlanması

· Layihənin memar və ya aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması

·  Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketinin tərtib olunmasında və hazırlanmasında bilavasitə iştirak olunması

·  Layihələrin müvafiq dövlət orqanlarından müdafiə olunması

·  Layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi

· Memarlıq həlli, Eksteryer, Landşaft və işçi layihə işlərini bilmək

· Layihənin memarı iş həcmlərin çıxarılması, əraziyə baxışların keçirilməsi və ölçülərin götürülməsi.

 Tələblər:

· Ali təhsil (müvafiq sahədə);

· Baş memar vəzifəsində iş təcrübəsi (5 il);

· Kompüter bilikləri – MS Office, AutoCAD, ArchiCAD, Revit ,SketchUp, Adobe ,3DsMax və s. ;

· Tikinti norma və qaydalarına dair biliklər;

· İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı

Ümumi məlumat:

· İş yeri: Bakı şəhəri;

· İş rejimi: 5 gün / 10:00 – 19:00;

· Nahar fasiləsi: 13:00 – 14:00;

· Əmək haqqı 1000-1500 AZN ( İşçinin bilik səviyyəsinə görə razılaşma əsasında qərar veriləcək)

· Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.

· Azərbaycan Respublikasının bölgələrinə işlər üçün ezama gönəriləcək   (cari işlər üçün).

Əlavə olaraq , işçinin praktiki bilik səviyyəsini yoxlamaq üçün bir aylıq ofis daxilində sınaq müddəti keçirilir.

Əgər qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını “ Baş Memar”  məktubun mövzu hissəsində göstərməklə olunur. Şəkilli cv-ləri elektron ünvanına göndərməyiniz xahiş olunur (info@hpac.az). Əks təqdirdə müraciətinizə baxılmaya bilər.

Apply

Komandamıza Qoşulun