B.E - Cümə (7:00 - 18:00)
info@hpac.az
Yuxarı Qayıt
Aqlay Daşı ilə Üzləmə İşləri
07.11.2024

Aqlay Daşı ilə Üzləmə İşləri

Fasad və divarların aqlay daşı ilə peşəkar üzlənməsi. Material və işçilik daxil olmaqla qiymətlər 1 m² üçün 35 AZN-dən başlayır. Dizayn ödənişsiz hazırlanır.

“HPAC” MMC fərdi yaşayış evləri, villalar, kommersiya obyektləri, fasadlar və interyer divarları üçün aqlay daşı ilə üzləmə xidmətləri təqdim edir.

Üzlənəcək sahənin memarlıq xüsusiyyətləri nəzərə alınaraq uyğun daş ölçüsü, düzülüş forması və dekorativ həllər seçilir. İşə başlamazdan əvvəl dizaynerlərimiz tərəfindən layihənin vizual görünüşü hazırlanır və sifarişçi ilə razılaşdırılır.

Xidmətə aqlay daşının seçilməsi, materialın çatdırılması, səthin hazırlanması və peşəkar quraşdırma işləri daxildir.

Material və işçilik daxil olmaqla qiymətlər 1 m² üçün 35 AZN-dən başlayır.
Dizayn xidməti ödənişsizdir.

Peşəkar komandamız üzləmə işlərini səliqəli, keyfiyyətli və müəyyən olunmuş müddətdə tamamlayır.