B.E - Cümə (7:00 - 18:00)
info@hpac.az
Yuxarı Qayıt
“HPAC” MMC Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasına üzv qəbul edildi
02.02.2023

“HPAC” MMC Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasına üzv qəbul edildi

“HPAC” MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin — KOBİA-nın dəstəyi ilə “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” (ATİA) Kommersiya Hüquqi Şəxslərinin İttifaqına üzv qəbul edilmişdir.

Şirkətimiz üçün mühüm əhəmiyyət daşıyan yeni bir uğuru sizinlə bölüşməkdən məmnunluq duyuruq.

“HPAC” MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin — KOBİA-nın dəstəyi ilə “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” (ATİA) Kommersiya Hüquqi Şəxslərinin İttifaqına üzv qəbul edilmişdir.

ATİA-ya üzvlük şirkətimizin tikinti və memarlıq sahəsində peşəkar fəaliyyətinin, etibarlı iş prinsiplərinin və davamlı inkişaf istiqamətinin mühüm göstəricisidir. Bu üzvlük sahə üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsinə, peşəkar əlaqələrin gücləndirilməsinə və tikinti sektorunun inkişafına daha fəal töhfə verməyimizə şərait yaradacaq.

Bu uğurun əldə olunmasında əməyi olan bütün əməkdaşlarımıza, tərəfdaşlarımıza və fəaliyyətimiz boyunca bizə etimad göstərən dəyərli müştərilərimizə təşəkkür edirik.

Bu münasibətlə bütün “HPAC” ailəsini və bizi seçən müştərilərimizi ürəkdən təbrik edirik.